...

Pakistanda girovların azad edilməsi əməliyyatı başa çatdı

Dünya xəbərləri Materials 16 Dekabr 2014 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Pakistanın Pişəvər şəhərində hərbi məktəbdə girovların azad edilməsi əməliyyatı başa çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, bu gün altı yaraqlı Pişəvər şəhərindəki məktəbə hücum edib. Ekstremistlər avtomat silah, qumbaralarla silahlanıblar. Onların bir neçəsində "şəhid kəməri" olub. Ölkənin güc qüvvələri terrorçulardan üçünü məhv edə bilib, biri isə özünü partladıb. Digər terrorçular binada barrikada qurublar. Ona görə də uşaqları uzun müddət təxliyə etmək mümkün olmayıb.

Yerli vaxtla saat 15:30-da demək olar ki, tamamilə dağılmış binada üç güclü partlayış baş verib.

Son məlumatlara görə, 130 nəfər hücumun qurbanı olub, onlardan ən azı 100 nəfər uşaqdır. 120-dən çox şəxs yaralanıb, onları xəstəxanalara odlu silah və qəlpə yaraları ilə yerləşdiriblər. Hücum zamanı məktəbdə 500-dək şagird və müəllim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti