...

Rublun dəyərdən düşməsi Türkiyənin tekstil bazarına mənfi təsir edib

Dünya xəbərləri Materials 18 Dekabr 2014 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Rusiya rublunun dəyərdən düşməsi Türkiyənin tekstil bazarına təsir edib. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Rublun devalvasiyasından sonra rusiyalı istehlakçılar tərəfindən Türkiyənin tekstil mallarının alışı kəskin şəkildə azalıb.

Bundan əlavə, İstanbul bazarlarında da tekstil malların satışı kəskin azalıb.

RF Mərkəzi Bankının dekabrın 18-nə olan məlumatına görə, bir avro 84,5, bir dollar isə 67,7 Rusiya rubluna bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti