...

İranda zəlzələ olub

Dünya xəbərləri Materials 19 Dekabr 2014 16:40 (UTC +04:00)
İranın İlam əyalətinin Murmuri şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib.
İranda zəlzələ olub

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın İlam əyalətinin Murmuri şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 05:18 radələrində baş verib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, cari ilin avqust ayında İranın qərbindəki İlam əyalətinin Murmuri şəhərində 6,2 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 260 nəfər xəsarət almışdı ki, onlardan 13 nəfərinin vəziyyəti ağır qiymətləndirilirdi. Məlumata əsasən, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti