...

İD-nin jurnalında "britaniyalı jurnalist"in məqaləsi çıxıb

Dünya xəbərləri Materials 30 Dekabr 2014 06:41 (UTC +04:00)
"İslam dövləti" qruplaşması tərəfindən nəşr olunan "Dabiq" jurnalında britaniyalı jurnalist Con Kentli adı ilə imzalanmış məqalə dərc olunub.
İD-nin jurnalında "britaniyalı jurnalist"in məqaləsi çıxıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

"İslam dövləti" qruplaşması tərəfindən nəşr olunan "Dabiq" jurnalında britaniyalı jurnalist Con Kentli adı ilə imzalanmış məqalə dərc olunub. Trend İnterfaks agentliyinə istinadən bu barədə The Independent qəzeti xəbər verir.

Məqalənin müəllifi qərb iqtisadi sisteminin, xüsusən amerika dollarının kollapsını söyləyir, həmçinin "İslam dövləti" tərəfindən öz valyuta və qızıl sikkələrinin tədavülə buraxılmasını "ağıllı gediş" adlandırır.

Qruplaşmanın pulları islamçılara tabe olan Suriya və İraq ərazilərində tədavüldədir.

Hələlik məlum deyil, doğrudanmı Kentlinin özü jurnal üçün məqalə yazıb, yoxsa onun adını hazır material altında yazıblar.

43 yaşlı, Böyük britaniyalı Con Kentli 2012-ci ildə Suriyadakı yaraqlılar tərəfindən tutulub. "İslam dövləti"nin İraqa müdaxiləsindən bəri jurnalist qruplaşmanın yeddi videoyazılarında görünüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti