...

Türkiyə Baş nazirinin müavini istefaya gedir

Dünya xəbərləri Materials 3 Yanvar 2015 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Baş nazirinin müavini Bülənt Arınç istefa verərək siyasətdən getməyə hazırlaşır. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

B.Arınç 40 ildən çoxdur siyasətdə olduğunu və gənc nəslə yer verməyin vaxtı çatdığını bildirib.

Baş nazirin müavini istəyini belə izah edib: "Ədalət və İnkişaf Partiyasının daxili nizamnaməsi parlamentə 3 dəfədən artıq müddətə seçilməyi qadağan edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti