Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Almaniyanın federal kansleri Angela Merkelin şəxsi saytı daxil olmaqla, ölkə hakimiyyətinin saytları kiber hücuma məruz qalıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.
Onun sözlərinə görə, səhər saatlarından federal hökumətin saytlarına çıxış müvəqqəti bağlanıb: "Ən çox Angela Merkelin şəxsi səhifəsi və bundestaqın saytı zərər görüb".
Hücuma görə, məsuliyyəti "KiberBerkut" qrupu üzərinə götürüb.