Azərbaycan, Bakı, 12 yanvar /Trend/
Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.
Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
Tert.am agentliyi ilə söhbətində Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.