...

Əlverişsiz hava İstanbul aeroportunun işinə təsir edib

Dünya xəbərləri Materials 12 Yanvar 2015 15:50 (UTC +04:00)
Yanvarın 12-də əsən güclü külək nəticəsində 14 təyyarə İstanbuldakı Sabiha Gökçen hava limanına enə bilməyib.
Əlverişsiz hava İstanbul aeroportunun işinə təsir edib

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Yanvarın 12-də əsən güclü külək nəticəsində 14 təyyarə İstanbuldakı Sabiha Gökçen hava limanına enə bilməyib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Həmin təyyarələr İstanbulun Atatürk beynəlxalq aeroportuna göndəriliblər.

Artıq bir həftədir ki, Türkiyə ərazisində güclü şaxtalı və qarlı hava şəraiti hökm sürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti