...

Erməni ailəni qətlə yetirən Rusiya hərbçisi həbs edilib

Dünya xəbərləri Materials 15 Yanvar 2015 16:55 (UTC +04:00)
Yerevandakı Rusiya Hərbi Məhkəməsinin beşinci qarnizonu Rusiya hərbçisi Valeri Permyakov barəsində həbs qətimkan tədbiri seçib.
Erməni ailəni qətlə yetirən Rusiya hərbçisi həbs edilib

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Yerevandakı Rusiya Hərbi Məhkəməsinin beşinci qarnizonu Rusiya hərbçisi Valeri Permyakov barəsində həbs qətimkan tədbiri seçib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

V.Permyakova RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin 1 və 2-ci bəndləri (adam öldürmə və xidməti silahla fərarilik) üzrə ittiham irəli sürülüb.

Ermənistanın hüquq-mühafizə orqanları da cinayət işinin təhqiqatına başlayıblar. Hələ ki, araşdırmalar iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən paralel aparılır. Ancaq Ermənistanın baş prokuroru Gevorq Kostanyan gələcəkdə cinayət işinin vahid icraata götürülməsi məsələsinin müzakirə ediləcəyini istisna etmir. Həmçinin, o bildirib ki, V.Permyakovla bağlı məhkəmə prosesi Ermənistanda keçiriləcək.

Ermənistanın ombudsmanı Karen Andreasyan bildirib ki, V.Permyakov respublikanın qanunvericiliyi əsasında mühakimə olunacaq.

Bu arada Ermənistan Baş Prokurorluğunun məlumatına görə, V.Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsi məsələsi müzakirə edilmir. O, Rusiya vətəndaşıdır və bu ölkənin yurisdiksiyası altındadır. Ona görə də Rusiya qanunvericiliyinə görə, o, başqa dövlətə təhvil verilə bilməz.

Qeyd edək ki, bazar ertəsi Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib. Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən V.Permyakov artıq günahını etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti