...

Filippində matəm: 44 polis öldürülüb

Dünya xəbərləri Materials 30 Yanvar 2015 15:26 (UTC +04:00)
Filippində ümumxalq matəm elan edilib.
Filippində matəm: 44 polis öldürülüb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Məftun Salmanov/

Filippində ümumxalq matəm elan edilib.

Trend-in "Euronews" telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb ölkənin cənubunda radikal terrorçu qruplaşmalara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı 44 polisin öldürülməsidir.

Məxfi əməliyyatda təqribən 400 nəfər iştirak edib. Onların qarşısında yalnız bir vəzifə qoyulmuşdu: Mərvan ləqəbli malayziyalı silahlı Zulkifl Abdhiri sağ tutmaq və ya məhv etmək. Adıçəkilən terrorçu ABŞ-da ən çox axtarılan terrorçuların siyahısına daxildir.

Məlumata görə, Mərvan əməliyyat zamanı öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti