...

Türkiyə Krım tatarlarının vəziyyətini öyrənir

Dünya xəbərləri Materials 30 Yanvar 2015 15:51 (UTC +04:00)
Bir müddət əvvəl M.Çavuşoğlu Rusiyanın Krım tatarları ilə bağlı öz vədinə əməl etmədiyini bildirmişdi.
Türkiyə Krım tatarlarının vəziyyətini öyrənir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Krım tatarlarının vəziyyətini öyrənir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə, həmçinin Krıma tatarların vəziyyətinin hərtərəfli öyrənilməsi üçün nümayəndə heyəti göndərəcək.

Bir müddət əvvəl M.Çavuşoğlu Rusiyanın Krım tatarları ilə bağlı öz vədinə əməl etmədiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti