...

Fransada 20 milyon avroluq poçt markası və zərf oğurlandı

Dünya xəbərləri Materials 3 Fevral 2015 16:15 (UTC +04:00)
Bu gün səhər Paris yaxınlığında naməlum şəxslər içərisində təxminən 20 milyon avro ekvivalentində poçt markası və zərflərin olduğu yük avtomobilini qarət ediblər.
Fransada 20 milyon avroluq poçt markası və zərf oğurlandı

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Bu gün səhər Paris yaxınlığında naməlum şəxslər içərisində təxminən 20 milyon avro ekvivalentində poçt markası və zərflərin olduğu yük avtomobilini qarət ediblər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

RTL radiostansiyası məlumat yayıb ki, insident yerli vaxtla saat 08 radələrində Sena və Marna departamentindəki sənaye zonasında baş verib.

Ən azı iki soyğunçu sürücünü silahla hədələyərək ondan gözlərini yummağı tələb ediblər. Bundan sonra onlar bir neçə ton marka və zərfi öz avtomobillərinə yükləyiblər. Gedərkən özləri ilə 20 milyon avro ekvivaletində mal aparıblar.

Hələlik cinayətkardan heç birini saxlamaq mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti