...

Moskvada iki erməni yeniyetmə oğurluğuna görə saxlanılıb

Dünya xəbərləri Materials 9 Fevral 2015 14:07 (UTC +04:00)
Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda yeniyetməni oğurlamaqda şübhəli bilinən iki Ermənistan vətəndaşını saxlayıb.
Moskvada iki erməni yeniyetmə oğurluğuna görə saxlanılıb

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda yeniyetməni oğurlamaqda şübhəli bilinən iki Ermənistan vətəndaşını saxlayıb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, fevralın 7-də iki naməlum şəxs 11-ci sinif şagirdini küçədə döyərək avtomobilə oturdub və naməlum istiqamətdə aparıblar. Hadisədən sonra 17 yaşlı yeniyetmənin dostunun telefonuna 100 min rubl ödənilməsi ilə bağlı zənglər gəlməyə başlayıb.

Polis şübhəli şəxsləri saxlasa da, yeniyetməni avtomobildə tapmayıblar. Məlum olub ki, polis gəlməzdən 15 dəqiqə əvvəl onlar yeniyetməni azad ediblərmiş.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti