...

Fransada naməlum şəxslər polisə atəş açdılar

Dünya xəbərləri Materials 9 Fevral 2015 15:29 (UTC +04:00)
Bu gün səhər saatlarında Fransanın Marsel şəhərində başlıq geyinmiş naməlum şəxslər polis əməkdaşına atəş açıblar.
Fransada naməlum şəxslər polisə atəş açdılar

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Bu gün səhər saatlarında Fransanın Marsel şəhərində başlıq geyinmiş naməlum şəxslər polis əməkdaşına atəş açıblar. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

BFMTV telekanalının məlumatına görə, insident bu gün günortadan sonra şəhərə gələcək və çərşənbə axşamına qədər burada qalacaq V respublikanın Baş naziri Manuel Valsın səfəri ərəfəsində baş verib.

Hazırda həmin ərazi xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti