...

Yunanıstan Almaniyadan müharibə təzminatı istəyir

Dünya xəbərləri Materials 11 Fevral 2015 14:39 (UTC +04:00)
Yunanıstan Almaniyadan II Dünya müharibəsinə görə təzminat istəyir.
Yunanıstan Almaniyadan müharibə təzminatı istəyir

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Məftun Salmanov/

Yunanıstan Almaniyadan II Dünya müharibəsinə görə təzminat istəyir.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, Yunanıstanın Baş naziri Aleksis Tsiprasın bu bəyanatı iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.

Almaniya bu məsələnin çoxdan həll edildiyini əsas gətirərək Yunanıstanın müharibə təzminatı tələbini rədd edib.

Almaniya Baş nazirinin köməkçisi Siqmar Qabriel qeyd edib: "Müttəfiq ölkələrlə Federativ və Şərqi Almaniya arasında 1990-cı ildə imzalanan və Yunanıstanın da təsdiq etdiyi razılaşmalarla mövzu hüquqi baxımdan bağlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti