...

Ərdoğanın qızına qarşı hazırlanan sui-qəsdin üstü açılıb

Dünya xəbərləri Materials 20 Fevral 2015 10:44 (UTC +04:00)
sui-qəsd hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları tərəfindən planlaşdırılıb.
Ərdoğanın qızına qarşı hazırlanan sui-qəsdin üstü açılıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidentinin qızı Süməyyə Ərdoğana qarşı hazırlanan sui-qəsd planının üstü açılıb. Trend xəbər verir ki, bu barədə "Sabah" qəzeti ölkə kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Sui-qəsdin iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində həyata keçirilməsi planlaşdırılırmış.

Bir müddət əvvəl S.Ərdoğanın parlament seçkilərində iştirak edəcəyi barədə məlumat verilmişdi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızına sui-qəsd hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları tərəfindən planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti