...

Ukraynanın sabiq Baş naziri barəsində cinayət işi açılıb

Dünya xəbərləri Materials 20 Fevral 2015 13:49 (UTC +04:00)
Ukraynanın Baş Hərbi Prokurorluğu sabiq Baş nazir Nikolay Azarova qarşı "Antonov" dövlət müəssisəsində yoxlamaların qanunsuz dayandırılması ittihamı ilə cinayət işi açıb, onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Ukraynanın sabiq Baş naziri barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Ukraynanın Baş Hərbi Prokurorluğu sabiq Baş nazir Nikolay Azarova qarşı "Antonov" dövlət müəssisəsində yoxlamaların qanunsuz dayandırılması ittihamı ilə cinayət işi açıb, onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Hazırda N.Azarov Ukrayna hüdudlarından kənardadır. O, 2014-cü ildə Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırıldığı dövlət çevrilişindən sonra ölkəni tərk edib.

N.Azarov bildirib ki, yalnız indiki hakimiyyətin dəyişməsindən sonra ölkəyə qayıtmağa hazırdır.

Artıq 2015-ci ilin yanvarında Kiyev məhkəməsi N.Azarovun həbs edilməsi haqqında qətnamə çıxarıb.

Yeni hakimiyyət bir sıra sabiq məmurlar barəsində də cinayət işi açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti