Ölənlərin sayı ilə bağlı son məlumat əlavə olunub (ilk xəbər 25 fevral saat 17:28-də yayılıb)
Azərbaycan, Bakı, 27 fevral /Trend/
Əfqanıstanın Pəncşər əyalətində qar uçqunu nəticəsində ölənlərin sayı 260 nəfərə çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Bundan əvvəl 216 nəfərin öldüyü bildirilirdi.
Xilasetmə işləri davam edir.