Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Bu il martın 12-dən Türkiyə F-4 qırıcılarının istifadəsindən tam imtina edəcək.
Trend-in xəbərinə görə, bu barədə "TRT Haber" telekanalı Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Abidin Ünala istinadən məlumat verib.
Qeyd edək ki, bu il martın 5-də Türkiyənin Konya vilayətində iki ədəd F-4 qırıcı təyyarəsi qəzaya uğramışdı.
2002-ci ildən Türkiyədə ümumilikdə müxtəlif səbəblərə görə 12 ədəd F-4 qırıcısı qəzaya uğrayıb.