...

Putin qondarma "erməni soyqırımı" tədbirinə qatılacaq?

Dünya xəbərləri Materials 12 Mart 2015 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Məftun Salmanov/

Rusiya Prezidenti Vladimir Putin qondarma "erməni soyqırımı"nın 100-cü ildönümü ilə bağlı Yerevanda təşkil ediləcək tədbirdə iştirak edəcək.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə V.Putin Ermənistan Prezidenti Serj Sarkisyanla telefon danışığında deyib.

V.Putin erməni həmkarını Böyük Vətən müharibəsinin 70-ci ildönümü tədbirlərinə dəvət edib.

Qeyd edək ki, Rusiya 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti