...

Türkiyənin hakim partiyasının seçki qərargahına silahlı basqın olub

Dünya xəbərləri Materials 24 Mart 2015 12:19 (UTC +04:00)
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Türkiyənin hakim partiyasının seçki qərargahına silahlı basqın olub

Azərbaycan, Bakı, 24 mart l /Trend,

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) İstanbuldakı seçki qərargahına silahlı basqın olub. Bu barədə Trend Türkiyənin Milliyet qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, silahlı basqın dünən yerli vaxtla, 23:30-da baş verib. Basqın nəticəsində ölən və yaralananlar olmasa da, seçki qərargahına ciddi ziyan deyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti