...

Ərdoğan Rumıniyaya səfərini yarımçıq qoydu

Dünya xəbərləri Materials 1 Aprel 2015 16:02 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyaya səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdır.
Ərdoğan Rumıniyaya səfərini yarımçıq qoydu

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyaya səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdır. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, R.T.Ərdoğanın Rumıniya səfərini Türkiyədə baş verən son terror hadisələri ilə əlaqədar dayandırması istisna deyil.

Bildirilir ki, Prezident Rumıniyadan bu gün gecə qayıtmalıdır.

Qeyd edək ki, bu gün naməlum silahlı şəxs hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulun Kartal rayonundakı regional ofisinə hücum edib, lakin jandarmeriya qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bundan əvvəl isə bir qrup silahlı şəxs İstanbul Ədalət Sarayına basqın edərək prokuroru girov götürüblər. Onlar ötən il küçə nümayişləri zamanı həlak olmuş 15 yaşlı Berkin Əlvanın ölümündə təqsirli olan polis əməkdaşlarının həbs edilməsini tələb ediblər.

Silahlılar tərəfindən girov götürülmüş və xilasetmə əməliyyatı zamanı 5 güllə yarası almış prokuror Səlim Kiraz xəstəxanada dünyasını dəyişib.

Xüsusi əməliyyat zamanı hər iki silahlı şəxs məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti