...

"Amnesty International" Britaniyanı insan haqlarını pozmaqda təqsirləndirir

Dünya xəbərləri Materials 10 Aprel 2015 18:08 (UTC +04:00)
"Amnesty International" hüquq-müdafiə təşkilatı Böyük Britaniya hökumətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırıb.
"Amnesty International" Britaniyanı insan haqlarını pozmaqda təqsirləndirir

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Amnesty International" hüquq-müdafiə təşkilatı Böyük Britaniya hökumətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, "Amnesty International" Böyük Britaniyanı internet istifadəçiləri də daxil olmaqla insanları kütləvi izləməkdə təqsirləndirir.

İddia ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeninin mətbuata sızdırdığı məlumatlara əsaslanır.

Təşkilat Britaniya hökumətinin bununla insanların şəxsi həyat və azadlıqlarına xeyli zərər vurduğunu qeyd edir. İddiaya "Liberty" və "Privacy International" hüquq-müdafiə təşkilatları da qoşulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti