...

İranın müdafiə naziri: "Rusiyadan "S-300" alınması məsələsi artıq həll olunub"

Dünya xəbərləri Materials 16 Aprel 2015 14:24 (UTC +04:00)
Rusiyadan "S-300" raket komlekslərinin alınması məsələsi həll olunub, hazırda Tehran Rusiya ilə müqavilənin operativ müstəviyə keçəcəyinə ümid edir.
İranın müdafiə naziri: "Rusiyadan "S-300" alınması məsələsi artıq həll olunub"

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Rusiyadan "S-300" raket komlekslərinin alınması məsələsi həll olunub, hazırda Tehran Rusiya ilə müqavilənin operativ müstəviyə keçəcəyinə ümid edir.

Trend-in məlumatına görə, bunu İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan bildirib.

Rusiyadan "S-300" komplekslərinin gətirilməsi barədə sualı şərh edən nazir bildirib ki, məsələ perspektiv olaraq artıq həll olunub: "Biz Rusiya ilə 6 il əvvəl müqavilə bağlamışıq. Müqavilənin bəzi maddələri nümunəvi şəraitlə üst-üstə düşür. Ümid edirik ki, müqavilə operativ müstəviyə keçəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti