...

ABŞ-ın iri şəhərlərində polis zorakılığına qarşı aksiyalar keçirilir

Dünya xəbərləri Materials 30 Aprel 2015 15:52 (UTC +04:00)
ABŞ-ın müxtəlif iri şəhərlərində polis zorakılığına qarşı etiraz yürüşləri keçirilib.
ABŞ-ın iri şəhərlərində polis zorakılığına qarşı aksiyalar keçirilir

Azərbaycan, Bakı, 30 aprel /Trend/

ABŞ-ın müxtəlif iri şəhərlərində polis zorakılığına qarşı etiraz yürüşləri keçirilib.

Trend-in "Pittsburgh's Action News 4" telekanalına istinadən verdiyi məlumata görə, 25 yaşlı qaradərili gənc Freddi Qreyin ölümündən sonra ABŞ-da polis zorakılığına son qoyulması tələbi ilə "BlackLivesMatter" şüarı altında aksiyalar təşkil olunur.

Vaşinqtonda 500 nəfərdən çox etirazçı mitinq təşkil edib. Aksiyanın gecə də davam etdiriləcəyi bildirilir. Həmçinin Minnesota şəhərində yüzlərlə insan meydana çıxıb, polis zorakılığına və irqçiliyə son qoymağa çağırıb. Ötən gün Nyu Yorkda keçirilən çoxminlik aksiyada 60 nəfərin saxlanıldığı bildirilib.

Qeyd edək ki, 25 yaşlı afroamerikalı F.Qreyin polis tərəfindən saxlandıqdan sonra xəstəxanada ölməsi Baltimorda etiraz aksiyalarına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti