...

Türkiyədə suriyalı qaçqınların iştirakı ilə kütləvi dava baş verib

Dünya xəbərləri Materials 4 May 2015 12:27 (UTC +04:00)
Türkiyənin Şanlıurfa vilayətində suriyalı qaçqınlar və yerli əhali arasında kütləvi dava baş verib.
Türkiyədə suriyalı qaçqınların iştirakı ilə kütləvi dava baş verib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Şanlıurfa vilayətində suriyalı qaçqınlar və yerli əhali arasında kütləvi dava baş verib. Trend-in Türkiyənin "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, insident nəticəsində 12 nəfər xəsarət alıb.

200 nəfərədək insanın iştirak etdiyi davanın səbəbləri barədə məlumat verilmir. İnsident Mardindəki qaçqınlar düşərgəsində 66 nəfər zəhərləndikdən sonra baş verib.

Hadisə nəticəsində 17 suriyalı saxlanılıb.

Qeyd edək ki, Türkiyədə 1,6 milyondan çox suriyalı qaçqın sığınacaq tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti