...

Berluskoni ilk dəfə bioqrafiyasının nəşr edilməsinə icazə verdi

Dünya xəbərləri Materials 17 İyun 2015 09:38 (UTC +04:00)
İtaliyanın sabiq baş naziri və iş adamı Silvio Berluskoni ilk rəsmi bioqrafiyasının nəşr edilməsinə öz razılığını verib.
Berluskoni ilk dəfə bioqrafiyasının nəşr edilməsinə icazə verdi

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İtaliyanın sabiq Baş naziri və iş adamı Silvio Berluskoni ilk rəsmi bioqrafiyasının nəşr edilməsinə razılıq verib. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bioqrafiyanın müəllifi britaniyalı jurnalist Alan Fridman (Alan Friedman) olacaq.

Kitab "Mənim yolum" ("My Way") adlandırılacaq, italyan və ingilis dillərində olmaqla, nəşrin iki dildə işıq üzü görəcəyi planlaşdırılır. Kitabın bu ilin sonunda satışa çıxacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti