...

Everest yerindən tərpənib

Dünya xəbərləri Materials 17 İyun 2015 05:27 (UTC +04:00)
Dünyanın ən yüksək dağı Everest Nepalda baş vermiş zəlzələ nəticəsində 3 sm cənub-qərbə tərpənib.
Everest yerindən tərpənib

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Dünyanın ən yüksək dağı Everest Nepalda baş vermiş zəlzələ nəticəsində 3 sm cənub-qərbə tərpənib. Bu barədə Trend lenta.ru saytına istinadən xəbər verir.

Son 10 ildə Everest 40 sm şimal-şərqə doğru hərəkət edib. Dağın hündürlüyünə gəldikdə Everest 2.5 sm kiçilib.

Aprelin 25-də Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti