...

BVF: Ermənistan iqtisadiyyatında artım olmayacaq

Dünya xəbərləri Materials 1 İyul 2015 19:49
"Bu il Ermənistan iqtisadiyyatında ümumiyyətlə artım olmayacaq, il 0 artımla yekunlaşacaq".
BVF: Ermənistan iqtisadiyyatında artım olmayacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend/

"Bu il Ermənistan iqtisadiyyatında ümumiyyətlə artım olmayacaq, il 0 artımla yekunlaşacaq".

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun Mərkəzi Asiya və Yaxın Şərq departamentinin direktoru Məsud Əhməd jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ermənistan 2009-ci il dünya maliyyə-iqtisadi böhranının fəsadlarını hiss etməyə davam edir və Rusiyada iqtisadi böhranın mənfi təsiri altında itkilər verir, xarici transfertlər və ixrac azalıb.

M.Əhməd qeyd edib ki, əgər Ermənistan iqtisadi inkişafı təmin etmək istəyirsə, böyük həcmdə investisiyalar cəlb etməlidir: "Üstəlik, investisiyalar daxili vəsaitlər hesabına olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti