Azərbaycan, Bakı, 9 iyul /Trend/
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Romano Prodinin hökumətinin mövqeyini zəiflətmək məqsədi ilə siyasi rəqiblərinə rüşvət verməsinə görə həbs cəzası alıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, Neapolun birinci instansiya məhkəməsində 78 yaşlı siyasətçiyə 3 illik cəza verilib.