Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Suriyada "İslam Dövləti"nin (İD) silahlılarına qarşı yerüstü əməliyyat keçirmək imkanını nəzərdən keçirmir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç deyib.
Onun sözlərinə görə, İD silahlılarına qarşı yalnız hərbi-hava əməliyyatları aparılacaq.
Qeyd edək ki, Türkiyə HHQ iyulun 24-də İD-nin Suriyadakı mövqelərinə aviazərbələr endirmişdi.