Azərbaycan, Bakı, 16 avqust /Trend/
Avqustun 15-də yerli vaxtla saat 22.47-də Türkiyənin Ağrı vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.
Trend-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların ocağı 4,15 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.