...

Dublin aeroportu yanğına görə işini dayandırıb

Dünya xəbərləri Materials 26 Avqust 2015 13:13 (UTC +04:00)
İrlandiyanın Beynəlxalq Dublin hava limanı anqarlardan birində baş verən yanğına görə müvəqqəti işini dayandırıb, bir çox reys ləğv olunub.
Dublin aeroportu yanğına görə işini dayandırıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

İrlandiyanın Beynəlxalq Dublin hava limanı anqarlardan birində baş verən yanğına görə, müvəqqəti işini dayandırıb, bir çox reys ləğv olunub. Trend bu barədə RIA Novosti-yə istinadən xəbər verir.

Hadisənin səbəbi barədə məlumat verilmir.

Dublin şəhərinin yanğınsöndürmə briqadasının əməkdaşları yanğını lokallaşdırmağa çalışır.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti