Azərbaycan, Bakı, 30 avqust /Trend/
Yaponiya sahillərində 5,1 gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə TASS ABŞ-ın Geoloji xidmətinə istinadən xəbər verib.
Məlumatda zəlzələnin Kaqosima (bəzi mənbələrdə Nisinoomote) şəhərindən 128 km cənub-qərbdə baş verdiyi bildirilib. Zəlzələnin ocağı 44 kilometr dərinliyində yerləşib.
Ölən və yaralananlar barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.