Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
ABŞ-ın Oreqon ştatında baş verən atışma nəticəsində 15 nəfər ölüb, 20 nəfər yaralanıb. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Reuters" xəbər yayıb.
Hadisə Rozberq şəhərinin yaxınlığında təhsil müəssisəsində baş verib.
Həlak olanların şəxsiyyəti barədə məlumat verilmir.
Hadisə yerinə polis əməkdaşları gəlib.
Hadisənin səbəbləri araşdırılır.