...

"Sepah" 12 il əvvəl 4 ABŞ hərbçisi tutubmuş

Dünya xəbərləri Materials 12 Oktyabr 2015 13:46 (UTC +04:00)
"Sepah" 2003-cü ildə 4 ABŞ hərbçisini tutdu və 4 gün sonra azad etdi.
"Sepah" 12 il əvvəl 4 ABŞ hərbçisi tutubmuş

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

"Sepah" 2003-cü ildə 4 ABŞ hərbçisini tutdu və 4 gün sonra azad etdi. Trend-in məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) baş komandanının müavini general-mayor Əlirza Təngsiri bu gün İranın "Fars" agentliyinə müsahibəsində deyib.

O, qeyd edib: "2003-cü ildə 4 ABŞ və 2 Küveyt hərbçisi çoxlu silah-sursat və 2 qayıqla Ərvənd çayına girmək istəyirdi ki, biz onları həbs etdik".

Ə.Təngsiri bildirib ki, ABŞ və Küveyt hərbçilərinin saxlanılmasını və onların hərbi sursatlarını lentə köçürüblər, lakin təhlükəsizlik məsələlərinə görə həmin dövrdə mətbuata verilmədi: "Onlar iki qayıqla gəlmişdi və bizim qüvvələrimiz də iki qayıqla onların qarşısına çıxdı".

İranlı general iki dəfə Britaniya hərbçilərinin də "Sepah" tərəfindən tutulduğunu deyib, lakin onların nə vaxt tutulduğunu, neçə nəfər olduğunu və neçə gün saxlanıldığını bildirməyib.

Ə.Təngsiri qeyd edib ki, 2003-cü ildə ölkədə mövcud siyasi durum səbəbindən 4 ABŞ hərbçisini azad etməyə məcbur olublar: "ABŞ hərbçilərinin qayıqlarını özlərinə qaytardıq, lakin sonradan saxladığımız iki dəstə Britaniya hərbçilərinin qayıqlarını, bütün silah-sursatlarını və texnologiyalarını özümüzdə saxladıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti