Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Təmkin Cəfərov /
İranın Şimali Xorasan əyalətinin Quçan şəhərində 5,3 bal gücündə zəlzələ baş verib. Bunu İranın Şimali Xorasan əyalətinin Böhranla Mübarizə İdarəsinin rəhbəri Hüseyn Əzimi deyib. Trend-in məlumatına görə, bu barədə İranın "tabnak" xəbər saytı məlumat verir.
H.Əzimi deyib ki, zəlzələ bu gün səhər yerli vaxtla saat 7:01 radələrində və 5,3 bal gücündə İran və Türkmənistan sərhəddinə yaxın bölgədə Quçan şəhərində baş verib. Hazırda böhran qrupunun üzvləri ətraf kəndlərə yollanıb və zəlzələdən dəymiş ziyanı araşdırırlar.
Qeyd edə ki, bu gün Türkmənistanda 5,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri paytaxt Aşqabaddan 144 km şimal-şərqdə yerləşib.