...

İran yeni raketləri sınaqdan keçirdi

Dünya xəbərləri Materials 20 Oktyabr 2015 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran "Məhərrəm-94" hərbi təlimlərində yeni "hava-yer" tipli raketləri sınaqdan keçirib.

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, yeni sınaqdan keçirilən raketlər vertolyotlardan yerdəki hədəfi məhv etmək üçün atılıb. Bu raketlər "Tow" tipli raketlərin optimallaşdırılmış versiyasıdır.

Qeyd edək ki, oktyabrın 19-dan İran Silahlı Qüvvələrinin müxtəlif bölmələri, o cümlədən Quru Qoşunlar və Hava Hücumundan Müdafiə Qüvvələrinin iştirakı ilə ölkənin Qəsri-Şirin bölgəsində "Məhərrəm-94" adlı genişmiqyaslı hərbi təlim keçirilir.

"Məhərrəm-94" hərbi təlimi oktyabrın 21-də başa çatacaq. Hərbi təlimlərdə İran Silahlı Qüvvələri bir neçə yeni silahları sınaqdan keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti