...

Türkiyədə əsgərləri ildırım vurdu: 3 nəfər öldü, 11 nəfər yaralandı

Dünya xəbərləri Materials 23 Oktyabr 2015 06:12 (UTC +04:00)
Türkiyədə çox sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib
Türkiyədə əsgərləri ildırım vurdu: 3 nəfər öldü, 11 nəfər yaralandı

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Türkiyədə çox sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hakkari vilayəti Yüksekova rayonunun Dağlıca bölgəsində əməliyyata gedən hərbçiləri ildırım vurub. Bu barədə Trend "Haber7" qəzetinə istinadən verir.

Bədbəxt hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 11 hərbçi isə müxtəlif dərəcəli xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti