...

Əhməd Davudoğlu: Parlament üsul-idarəsi Türkiyənin maraqlarına cavab vermir

Dünya xəbərləri Materials 10 Noyabr 2015 16:20 (UTC +04:00)
Türkiyədə parlament idarəetmə forması dövlətin maraqlarına uyğun deyil.
Əhməd Davudoğlu: Parlament üsul-idarəsi Türkiyənin maraqlarına cavab vermir

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə parlament idarəetmə forması dövlətin maraqlarına uyğun deyil. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyənin prezident üsul-idarəsinə keçməsinin tərəfdarıdır.

Bundan əvvəl Türkiyə Prezident Administrasiyasından Trend-ə bildirmişdilər ki, Türkiyə üçün ölkənin maraqlarına cavab verəcək yeni Konstitusiyanın qəbul edilməsi prioritetdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti