Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Suriya Prezidenti Bəşşar Əsəd Fransa deputatları ilə görüşündə Parisdə baş vermiş terror aktları ilə əlaqədar başsağlığı verib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
B.Əsəd qeyd edib ki, bu hadisələr Suriya ərazisində artıq beş ildir ki baş verir: "Ötən gün Fransada beş ildir Suriyada baş verən hadisələr yaşandı".
Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.