...

Parisdə qadın terrorçu özünü partladıb

Dünya xəbərləri Materials 18 Noyabr 2015 11:28 (UTC +04:00)
Paris polisi şəhər ətrafında xüsusi əməliyyat keçirərkən qadın terrorçu özünü partladıb.
Parisdə qadın terrorçu özünü partladıb

Bakı. Trend:

Paris polisi şəhər ətrafında xüsusi əməliyyat keçirərkən qadın terrorçu özünü partladıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı iki terrorçu zərərsizləşdirilib.

Onlardan biri olan qadın terrorçu "intiharçı kəməri"ni partladıb.

Qeyd edək ki, bu gün səhər saatlarında xüsusi təyinatlılar Parisin ətrafında mənzillərin birində gizlənən terrorçulara qarşı xüsusi əməliyyat keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti