...

Xamneyinin nümayəndəsi: 2050-ci ilədək Avropa əhalisinin 1/3-i müsəlman olacaq

Dünya xəbərləri Materials 10 Dekabr 2015 17:43 (UTC +04:00)
"İslamofobiya böyük layihədir, lakin proqnozlaşdırırıq ki, 2050-ci ilədək Avropa əhalisinin üçdə bir hissəsi müsəlman olacaq".
Xamneyinin nümayəndəsi: 2050-ci ilədək Avropa əhalisinin 1/3-i müsəlman olacaq

Bakı. Təmkin Cəfərov - Trend:

"İslamofobiya böyük layihədir, lakin proqnozlaşdırırıq ki, 2050-ci ilədək Avropa əhalisinin üçdə bir hissəsi müsəlman olacaq".

Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Ali Lideri Ayətullah Əli Xamneyinin ölkənin Qırmızı Aypara Cəmiyyətindəki nümayəndəsi Əbdülhüseyn Moezzi deyib.

Ə.Moezzi qeyd edib: "İŞİD və onun üzvlərinin cahil müsəlmanlar olduğuna inanmırıq, onlar hegemon güclər tərəfindən İslama qarşı nifrət hissi oyatmaq məqsədilə öyrədilmiş muzdlulardır. Bizim vəzifəmiz İslamın mehribanlıq və şəfqət dini olduğunu dünyaya çatdırmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti