Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə zirehli təcili-tibbi yardım maşınlarından istifadə ediləcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.
Onun sözlərinə görə, buna səbəb son dövrlər ölkənin bəzi cənub-şərq vilayətlərində PKK silahlılarının fəallaşmasıdır.