Bakı. Rufiz Hafizoğlu - Trend:
Ötən il dekabrın 23-də İstanbulun Sabiha Gökçen hava limanında baş vermiş partlayış terror aktı olub. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Dekabrın 23-də yerli vaxtla saat 02:15-də aeroport minaatanlardan atəşə tutulmuşdu. Atəş nəticəsində aeroportun bir işçisi ölmüş, iki nəfər isə yaralanmışdı.
Daha əvvəl "Kürdüstan azadlıq şahinləri" adlı qruplaşma terror aktını öz üzərinə götürmüşdü.