Bakı. Trend:
Suriya münaqişəsinin həllinə bu ölkədə yeni hökumətin seçilməsindən sonra nail olmaq mümkündür. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Devid Kemeron bu gün Londonda keçirilən "Suriyaya və regiona dəstək" konfransında deyib.
Onun sözlərinə görə, Suriya münaqişəsinin uzunmüddətli həllinə bütün xalqı arxası ilə aparacaq yeni hökumətə siyasi keçidin köməkliyi ilə nail oluna bilər.
BMT-nin baş katibi Pan Gi Min isə humanitar yardıma çıxışın olmaması, Suriya ərazisinin bombardman edilməsi və hərbi aktivliyin güclənməsindən narahatlığını bildirib.