...

Nikolay Bordyuja Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının başçısı vəzifəsini tərk edəcək

Dünya xəbərləri Materials 12 Fevral 2016 12:58 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja vəzifəsini 2017-cı ildə tərk etmək niyyətindədir.
Nikolay Bordyuja Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının başçısı vəzifəsini tərk edəcək

Bakı. Elçin Hüseynov - Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja vəzifəsini 2017-cı ildə tərk etmək niyyətindədir. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün N.Bordyuja açıqlama verib.

2017-ci ildə KTMT rəhbərliyində rotasiya sistemi ilə dəyişikliklər gözlənilir.

N.Bordyuja Təşkilatın baş katibi vəzifəsində 2003-cü ildən çalışır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi MDB ölkələri arasında 1992-cı ilin yazında imzalanıb və 1994-cü ildə qüvvəyə minib. KTMT 2002-ci ildə yaranıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti