...

Belarusa qarşı 13 il tətbiq edilən sanksiyalar dayandırıldı

Dünya xəbərləri Materials 27 Fevral 2016 12:16 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edilən əksər sanksiyaların ləğvi barədə qərarı fevralın 27-də qüvvəyə minib.
Belarusa qarşı 13 il tətbiq edilən sanksiyalar dayandırıldı

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edilən əksər sanksiyaların ləğvi barədə qərarı fevralın 27-də qüvvəyə minib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.

Beləliklə, Aİ Belarusun 170 məmuruna və şəxsən Prezident Aleksandr Lukaşenkoya qarşı sanksiyaları dayandırıb. Bu qərar 3 Belarus şirkətinə də şamil olunur.

Xatırladaq ki, sanksiyaların ləğvinə dair qərar fevralın 15-də Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul olunub.

Qeyd edək ki, sanksiyalar 13 il ərzində qüvvədə idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti