...

İstanbulda antiterror əməliyyatları - 36 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 14 Mart 2016 11:15 (UTC +04:00)
Türkiyə polisi İstanbulun bir sıra rayonlarında antiterror əməliyyatları keçirir.
İstanbulda antiterror əməliyyatları - 36 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər 10:57-də yayımlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə polisi İstanbulun bir sıra rayonlarında antiterror əməliyyatları keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Anadolu" agentliyi yazıb.

Əməliyyatlar nəticəsində içində xarici vətəndaşlar da olmaqla saxlanılanların sayının artıq 36-ya çatdığı bildirilir. Lakin həmin şəxslərin vətəndaşlığı barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti