...

Türkiyə İraqın şimalında hərbi əməliyyat keçirdi

Dünya xəbərləri Materials 7 Aprel 2016 12:53 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında yerləşən Kandil regionunda PKK terror təşkilatının üzvlərinə qarşı əməlliyat keçirib.
Türkiyə İraqın şimalında hərbi əməliyyat keçirdi

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında yerləşən Kandil regionunda PKK terror təşkilatının üzvlərinə qarşı əməlliyat keçirib.

Trend NTV telekanalına istinadən xəbər verir ki, bu barədə HHQ qərargahının məlumatında deyilir.

Hava hücümünda altı F-16 və dörd F-4 qırıcılardan istifadə edilib.

Aşkar olunmuş örtülü səngər və mağaralar istiqamətində zərbələr endirilib. Qeyd edilir ki, bütün hədəflər məhv edilib.

Xatırladaq ki, bu artıq Türkıyə HHQ tərəfindən Şimali İraqda PKK-ya qarşı keçirilən üçüncü hərbi əməliyyatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti